AZ

Rusiyada faizlər ARTIRILDI - Dəyişiklik gözləniləndən çox oldu

Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini artırıb.

 

Sfera.az xəbər verir ki, Mərkəzi Bank faiz dərəcələrini bazar gözləntilərinin üzərində artırıb. Bank uçot dərəcəsini 2 bənd artıraraq 21 faizə çatdırıb.

 

Xatırladaq ki, Rusiyalı iqtisadçılar faiz dərəcəsinin 20 faizə çatdırılacağını gözləyirdi. Mərkəzi Bank növbəti iclasda faiz artımına açıq olduğu mesajını da verib.

 

Qeyd edək ki, son aylarda rublun ucuzlaşması səbəbindən inflyasiya dərəcəsinin yüksəlməsi Mərkəzi Bankın uçot dərəcəsinin artırılmasına əsas yaradıb.

 

Vasif

 

Seçilən
18
1
sfera.az

2Mənbələr