AZ

"Metroda havalandırma sistemi Sovet dövründən qalıb" - Ekspert

Metroda xüsusilə axşam saatlarında sıxlıq nəticəsində havasızlıq yaranır.

Mövzu ilə bağlı danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, dövlət metroya böyük bir dəstək göstərməlidir. Metroda havasızlıq insanları ictimai nəqliyyatdan uzaqlaşdırır:

"Havalandırma sistemi Sovet dövründən qalıb. Metroda təkmilləşdirmə işi zəif gedir. Ona görə də bu cür vəziyyət müşahidə edilir. Hesab edirəm ki, dövlət metroya böyük bir dəstək göstərməlidir. Metronun özünü inkişaf etdirməsi üçün müəyyən imkanlar yaradılmalıdır ki, metro müxtəlif şəbəkələr vasitəsilə vəsait əldə edə bilsin və yeri gələndə öz inkişafına da o puldan xərcləyə bilsin.Havalandırma sistemi çox vacibdir. Bu gün belə problemlər çıxırsa, gələcəkdə bu mövzular qapanacaq. Çünki heç kim maraq göstərməyəcək. Avtobusdakı sıxlıq, köhnə avtobusların xətdə olması, metroda havasızlıq məsələləri insanları ictimai nəqliyyatdan uzaqlaşdırır. Bu məsələlərə dövlət səviyyəsində xüsusi diqqət göstərilməlidir".

(big.az)

Seçilən
70
avtosfer.az

1Mənbələr