Bakı. Trend:
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Rabitəbank” ASCvə Azərbaycan Respublikasının Ekologiya və Təbii SərvətlərNazirliyinin birgə təşkilatçılığı ilə 25 mart 2024-cü il tarixindəBakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən ərazidə ağacəkməaksiyası keçirilib. Aksiya çərçivəsində ərazidə yüzlərlə şam vəzeytun ağacları əkilib. Yeni əkilmiş ağaclar suvarılıb və gələcəkdəmühafizə edilməsi məqsədilə zəruri tədbirlər görülüb.
Aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekolojidavamlılığı dəstəkləmək, ətraf mühiti qorunmaq, ən əsası da ölkədəkeçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekolojimaarifləndirmə ilə gənc nəslin diqqətini yaşıl dünyanın qorunmasınayönəltmək olub.
Qeyd edək ki, “Rabitəbank” ASC mütəmadi olaraq ətraf mühitinqorunması, ekoloji şəraitin yaxşılaşdırılması istiqamətindəmüxtəlif sosial aksiyalar təşkil edir.
Hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrəümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi,İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəliÇağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlarsəviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.