AZ

Türkiyədə törədilən terror aktına görə məsuliyyəti PKK öz üzərinə götürdü

Türkiyədə qadağan edilmiş və terrorçu kimi tanınan Kürdüstan Fəhlə Partiyası (PKK) oktyabrın 23-də Ankarada “Tusaş” aerokosmik şirkətinin ofisində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.   Manset.az bu barədə "Sözcü"-yə istinadən xəbər verir. Telekanalın məlumatına görə, terror aktını PKK-nın hərbi qanadı olan “Ölümsüzlər Batalyonu” təşkil edib. Qeyd edilir ki, terror aktı çoxdan planlaşdırılıb və bu, Türkiyədə baş verən daxili siyasi hadisələrlə bağlı deyil. Bundan əvvəl İstanbul polisi 35 PKK tərəfdarını küçə aksiyaları hazırlamaqda, o cümlədən yandırıcı qarışıqlardan istifadə etməkdə şübhəli bilinərək saxlamışdı . Eyni zamanda Ankarada kürd təşkilatının onlarla nümayəndəsi saxlanılıb. Rayon polis idarəsinin terrorla mübarizə qrupu tərəfindən saxlanılan şəxslər Baş Prokurorluğa təhvil verilib.

 

Seçilən
26
manset.az

1Mənbələr