AZ

Böyük Azərbaycan Partiyasının bəyanatı


Böyük Azərbaycan Partiyasının bəyanatı

Avropa Parlamenti 24 oktyabrın 2024-cü ildə “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qərəzli qətnamə qəbul edib.
Tarix boyu Azərbaycan xalqına qarşı xarici işğala, mədəni irsin dağıdılmasına, etnik təmizləməyə Avropa Parlamenti nəinki göz yummuş, hətta işğalçı Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə dəstəkçi tərəf olmaqdan çəkinməmişdir.
Azərbaycan xalqı böyük mənada öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Avropa Parlamenti Azərbaycana qarşı qərəzli əməllərini daha da artırmışdır.
Avropa Parlamentinin qəbul etdiyi növbəti qərəzli qətnamə COP29 ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasından başqa bir şey deyil. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, mədəni irsin dağıdılmasına, insanların öz ata-baba yurdlarına qayıtmağa imkan verməməsinə susan Avrupa Parlamentinin bu addımı erməni lobbisinə açıq şəkildə xidmət etməsinin göstəricisidir.
Böyük Azərbaycan Partiyası yuxarıda göstərilənləri nəzərə alaraq, Avropa Parlamentinin Azərbaycana qarşı 24.10.2024-cü il tarixində qəbul etdiyi qətnaməni qərəzli, həqiqəti əks etdirməyən, bölgədə sülhün yaradılmasına mane olan bir kağız parçası hesab edir və bunun heç bir hüquqi qüvvəyə malik olmadığını bəyan edir.
BAP Mətbuat Xidməti

Seçilən
35
nuh.az

1Mənbələr