AZ

Rusiya Mərkəzi Bankı faiz dərəcəsini daha da qaldırdı

Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsi (uçot dərəcəsi) ilə bağlı qərarını açıqlayıb.

Marja.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı faiz dərəcəsini 2 faiz bəndi artıraraq 19%-dən 21%-ə qaldırıb. 

Ekspertlərin əksəriyyəti uçot dərəcəsinin 1 bənd artırılaraq 19%-dən 20%-ə qaldıracağını proqnozlaşdırdılar.

Nəticədə uçot dərəcəsi tarixi maksimumu yeniləyib (2022-ci ilin fevralında 20%-ə qaldırılmışdı).

"İnflyasiya Mərkəzi Bankın iyul ayı proqnozundan xeyli yüksəkdir və inflyasiya gözləntiləri artmaqda davam edir. Daxili tələbatın artımı mal və xidmətlərin təklifinin genişləndirilməsi imkanlarını əhəmiyyətli dərəcədə üstələyir. 2024-cü ildə əlavə büdcə xərcləri və bununla bağlı federal büdcə kəsirinin genişlənməsi inflyasiyaya artıcı təsir göstərir", - tənzimləyici press-relizində qeyd edib.

Press-relizdə deyilir: “İnflyasiyanın hədəfə qayıtmasını təmin etmək və inflyasiya gözləntilərini azaltmaq üçün pul siyasətinin daha da sərtləşdirilməsi tələb olunur".

Mərkəzi Bank növbəti iclasında yeni faiz artımının mümkünlüyünü etiraf edib.

Rusiya Mərkəzi Bankı inflyasiya proqnozu 6,5-7%-dən 8-8,5%-ə qaldırıb. Bank orta uçot dərəcəsi üzrə proqnozunu 2024-cü il üçün 16,9-17,4% aralığından 17,5%-ə, 2025-ci il üçün isə 14-16% aralığından 17-20% aralığına yüksəldib.

Dekabrın 20-də Rusiya Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı növbəti iclası keçiriləcək. Bu, 2024-cü ilin sonuncu iclası olacaq.

Seçilən
33
25
marja.az

10Mənbələr