AZ

"Mövsümdə ən pis oyunlarımızdan birini keçirdik" - Kurban Berdıyev

“Turan Tovuz” Misli premyer-liqasının 11-citurunda “Kəpəz”ə qalib gəldi. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında “Turan Tovuz”un baş məşqçisi KurbanBerdıyev jurnalistlərin suallarını cavablayıb.

- Qarşılaşmanın axarına əsasən onu deyə bilərəm ki, mövsümdə ən pis oyunlarımızdan birini keçirdik. Oyunun əvvəlini istisna edə bilərik. Şükürlər olsun, qələbə qazandıq. Lakin futbolçulara dedim ki, bu oyundan nəticə çıxarmalıyıq. Belə davam edə bilmərik


– Bəxtinizin gətirdiyini deyə bilərik?
– Bəli.

– Rəqib autsayder idi. Buna görə rahatlıq var idi?

– Xeyr, ola bilməz. Oyunun əvvəlində daha diqqətliydik. Uşaqlar fikirlərini oyuna vermişdilər. Matçdan öncə oyunçulara dedim ki, “Kəpəz” layiq olduğu yerdə deyil. Onlar yaxşı oynayır, ancaq bəxtləri gətirmir. Problem, sadəcə, bizdə idi.

– Xəyal Nəcəfov sanki milliyə çağrılandan sonra əsas heyətdəki yerini itirib…
– Razıyam. Mövsümün əvvəlində komandanın liderlərindən idi. Amma yığmaya çağrılandan sonra onun və Şəhriyar Əliyevin durumu yaxşı olmadı. İkinci çağırışdan sonra yenə fiziki baxımdan eniş yaşadılar. Məsələ millinin baş məşqçisində deyil və ona böyük hörmətim var. Şəhriyar daha hazır vəziyyətə gəlir, amma Xəyalda durum özü ilə bağlıdı. Onun şəxsi problemləri də var. Buna görə təəssüflənirik, amma kömək etməyə də çalışırıq.

ƏSƏD SEYİDOV
Seçilən
26
football-plus.az

1Mənbələr