AZ

Avrokomissiyanın sədri: Serbiya Aİ-yə üzvlük yolunda ən yaxşı irəliləyişə nail olan ölkələrdəndir

“Serbiya Avropa İttifaqına (Aİ) üzvlük prosesində ən yaxşı irəliləyişə nail olan ölkələrdən biridir”.

“İki sahil” xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Balkan ölkələrinə səfəri çərçivəsində Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşdə deyib.

Rəsmi Belqradın lazımi şərtləri yerinə yetirdiyini və Aİ ilə Serbiya arasında tərəfdaşlığın gücləndiyini qeyd edən Ursula Fon der Lyayen Avropa ölkələrinin Serbiyanın əsas ticarət tərəfdaşı olduğuna bildirib.

O, Aİ-nin böyümə planında Balkan ölkələrinin rolundan danışıb, bölgədə iqtisadi atıma və regional bazarın qitənin vahid bazarına inteqrasiyanın əhəmiyytini qeyd edib.

Aleksandar Vuçiç isə Aİ-yə üzlüyün ölkəsi üçün prioritetlər sırasında olduğunu bildirib, Serbiyanın öhdəliklərinə sadiqliyini vurğulayıb.

“Serbiya Aİ-yə üzvlük yolu ilə irəliləməyə sadiqdir və bu istiqamətdə nəticələr əldə edəcəyimizə ümid edirik”, - deyə o əlavə edib.

Görüşdə, həmçinin geosiyasi və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
13
2
ikisahil.az

3Mənbələr