AZ

Gürcüstan Prezidenti Tbilisidəki seçki məntəqəsində səs verib

Bakı. Trend:

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə 67 nömrəliməktəbdə yerləşən seçki məntəqəsində səs verib.

Trend bu barədə GürcüstanKİV-ə istinadən xəbər verir.

"Mən bu ölkəyə 22 il əvvəl gəlməyimə səbəb olan, əcdadlarımındua etdiyi yeni Gürcüstan üçün səs verdim. Heç kim uduzmayacaq,çünki Gürcüstan qalib gələcək", — o bildirib.

Qeyd edək ki, Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat08:00-da açılıb və 20:00-da bağlanacaq.

Ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdəsəsvermə hüququna malikdir. Bu parlament seçkiləri üçün 3 111 seçkiməntəqəsi, o cümlədən xaricdə rekord sayda – 67 məntəqə yaradılıb.Xaricdə yaşayan gürcülər 42 ölkənin 53 şəhərində səs verəbilərlər.

Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatınnümayəndələri müşahidə edəcək.

Bu il ilk dəfə parlament üzvləri tamamilə proporsional sisteməsasında, partiya siyahılarına görə seçiləcək. Parlamentdə yer əldəetmək üçün partiyalar ən azı 5 faiz səs toplamalıdır.

Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşikoalisiya yaradıb.

Parlament seçkilərində ilk dəfə elektron səsvermə sistemi dətətbiq ediləcək. Müasir texnologiyalar sayəsində seçki məntəqələribağlandıqdan bir saat sonra bülletenlərin 90 faizdən çoxununsayılması və nəticələrin açıqlanması gözlənilir.

Seçilən
23
5
az.trend.az

10Mənbələr