AZ

Zurabişvili səs verdi - Yenilənib

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə parlament seçkilərində səs verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Commersant.ge” məlumat yayıb.

O, Gürcüstan liderləri arasında səsvermədə iştirak edən ilk şəxs olub.

“Mən yeni Gürcüstana, 22 il əvvəl gəldiyim Gürcüstana, əcdadlarımın dua etdiyi Gürcüstana səs verdim. Axşam hamımız qalib olacağıq. Uduzan olmayacaq, çünki Gürcüstan qalib gələcək!”, - Zurabişvili jurnalistlərə açıqlamasında deyib.

***

Gürcüstan parlamentinin sədri  Şalva Papuaşvili  seçkilərdə səs verib.

Bu barədə Gürcüstanın "Commersant.ge" saytı məlumat yayıb. 

“Gürcü arzusu” bu gün gürcü xalqının yeganə seçimidir. Çünki bu gün pislə yaxşı arasında seçim var. Bu gün allahsızlıq və mənəviyyat arasında seçim var. Bu gün xalqımıza nadir hallarda təqdim olunan seçim var. Məhz buna görə də bu gün hər kəsin papaq taxaraq seçki məntəqələrinə getməsi və bu ölkədə 12 illik sülhün qarantiyası olan, layiqli Avropaya doğru irəliləyişin qarantiyası olan “Gürcü arzusu”nu dəstəkləməsi vacibdir. Bu, ölkədə firavanlığın və inkişafın qarantıdır”, - deyə Papuaşvili səsvermədən sonra bildirib.

Seçilən
32
4
qafqazinfo.az

10Mənbələr