"Barselona"nın sabiq baş məşqçisi Xavi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, məlumatı "The Mirror" yayıb.

Mənbəyə görə, Erik Ten Haqın mümkün gedişində o, "Mançester Yunayted"i çalışdıra bilər. "Qırmızı şeytanlar" artıq ispaniyalı mütəxəssis ilə danışıqlara başlayıb. 

Qeyd edək ki, sözügedən baş məşqçi 2021-2024-ci illərdə "Barselona"ya rəhbərlik edib.