AZ

Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Xalq artisti, AzərbaycanRespublikasının Prezident təqaüdçüsü, Azərbaycan Dövlət AkademikOpera və Balet Teatrının solisti (1975-2016), əvəz olunmaz baritonifaçısı Şahlar Quliyev, bu gün vəfat edib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Dövlət Akademik Opera və BaletTeatrından məlumat verilib.

Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonundaanadan olub. Ü. Hacıbəyov adına Azərbaycan DövlətKonservatoriyasını (professor E. Quliyevanın sinfi) bitirib.1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrınınsolisti olub.

Aparıcı səhnə ustası-yüksək kateqoriyalı solist-vokalçı kimiŞahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassikopera tamaşalarında əsas rollarda çıxış edib. "Leyli və Məcnun"daNofəl, "Şah İsmayıl"da Aslan şah, "Aşıq Qərib"də Şahvələd,"Sevil"də Atakişi, "Arşin mal alan"da Süleyman, "Gəlin qayası"ndaXan, "Koroğlu"da Həsən xan, "Aida"da Amonasro, "Riqoletto"daMonterone, "Toska"da Skarpia, "Karmen"də Eskamilio, "Payatsı"daTonio, "Bohema"da Şonar, "Natəvan"da Qasım bəy Zakir kimi rollaronun tərəfindən professionallıqla ifa olunub və tamaşaçı rəğbətiqazanıb.

Şahlar Quliyev Şimali Kipr, Türkiyə və s. ölkələrdə Azərbaycanopera sənətini təmsil edərək uğurla çıxış edib.

Allah rəhmət eləsin!

Seçilən
30
8
az.trend.az

10Mənbələr