AZ

La Liqa: Bu gün növbəti "El Klasiko" keçiriləcək

Bu gün İspaniya La Liqasında XI turun mərkəzi görüşü keçiriləcək.

Sportnet.az xəbər verir ki, "Real Madrid" öz meydanında əzəli rəqibi “Barselona”nı qəbul edəcək. "Santyaqo Bernabeu”da oynanılacaq mövsümün ilk "El-Klasiko"su Bakı vaxtı ilə saat 23:00-da start götürəcək

“Berselona” 10 turdan sonra topladığı 27 xalla turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.

La Liqada son “El-Klasiko” aprelin 21-də keçirilib. Həmin görüşdə “kral klubu” 3:2 hesabı ilə qalib gəlmişdi.


Seçilən
18
2
sportnet.az

2Mənbələr