AZ

Milli Məclisin 8 deputatı Gürcüstanda seçkiləri müşahidə edir

Gürcüstanda olan Azərbaycan Milli Məclisinin deputatları Tbilisidə və Rustavidə, eləcə də digər yerlərdə parlament seçkilərini müşahidə edirlər.

Nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, Azərbaycan müşahidə missiyası seçki məntəqələrini ziyarət edərək seçkiyə hazırlıq, seçici aktivliyi kimi məsələlərlə bağlı müşahidələr aparacaq.

“Azərbaycan parlamentinin 8 deputatdan ibarət nümayəndə heyəti bu gün Gürcüstanda keçirilən parlament seçkilərində müşahidəçi qismində çıxış edir. Gün ərzində müxtəlif seçki məntəqələrində olaraq seçkiyə necə hazırlıq görüldüyünü, seçki sistemi, seçici aktivliyi kimi məsələləri müşahidə edəcəyik. Nümayəndə heyətimiz Rustavidə, eləcə də digər yerlərdəki seçki məntəqələrində olacaq və müşahidə aparacaqlar. Əsas məqam odur ki, bu seçkilərin nəticəsində Gürcüstan xalqının iradəsi öz əksini tapacaq. Bir məsələni də qeyd edim ki, burada çoxsaylı azərbaycanlılar yaşayır, həmin ərazilərdə də seçkilər yüksək səviyyədə keçirilməlidir. Dünən sükut gününü gördük, burada hansısa mitinq və ya təbliğat-təşviqat aparılmadı. Təbii ki, son sözü Gürcüstan vətəndaşları özləri qoyacaqlar nöqtəni”, - Arzu Nağıyev deyib.

Seçilən
23
1
apa.az

2Mənbələr