AZ

"Biz bunlarla nə edəcəyik?" - Rus hərbçilərlə şimali koreyalılar arasında anlaşılmazlıq + AUDİO

Ukraynadakı müharibəyə cəlb olunan, lakin hələlik aktiv döyüş əməliyyatlarına qatılmayan şimali koreyalı hərbçilərlə rus əsgərləri arasında artıq indidən anlaşılmaz məqamların yarandığı üzə çıxıb.

“AzPolitika” xəbər verir ki, Ukrayna kəşfiyyatının ələ keçirdiyi gizli səs yazısında rus əsgərlərinin Şimali Koreyadan olan əsgərlərə necə əmr verəcəkləri ilə bağlı öz aralarında sərt mübahisə etdilkləri məlum olub.

Sözügedən səs yazısında rus əsgərləri “K batalyonu” kod adını verdikləri Şimali Koreya əsgərləri haqqında istehza ilə danışır və irqçi ifadələr işlətməklə onları “o lənətə gəlmiş çinlilər” adlandırırlar.

Rus əsgərlərinin Şimali Koreya əsgərləri haqqında işlətdiyi ifadələrdən əziləri belədir:“Deyirəm, sabah 77 batalyon komandiri gəlir, komandirlərin köməkçiləri var və s. O isə gözləri bərəlmiş halda orada dayanır, sanki... lənətə gəlsin. Bura gəlib bizə nə edəcəyimizi deyirlər!. Biz bunlarla nə edəcəyik?".

Bildirilib ki, bu problemləri həll etmək üçün bəzi rus əsgərlərinə Şimali Koreyalılarla görüşmək tapşırılıb. Bununla belə, Rusiya əsgərlərinin döyüş zamanı Şimali Koreya əsgərləri ilə necə anlaşacağı maraq doğurur.

Qeyd edək ki, Kreml əvvəlcə Şimali Koreya qoşunlarının müharibəyə cəlb edilməsi ilə bağlı iddiaları yalanlasa da, ölkə başçısı Vladimir Putin “BRİCS” sammiti zamanı Pxenyandan olan döyüşçülərlə bağlı iddiları təkzib etməyib.

“AzPolitika.info”

Seçilən
22
azpolitika.info

1Mənbələr