Fransanın Yaxın Şərqdəki ekstremist, terrorçu və silahlıqruplaşmalarla gizli əlaqələri uzun illərdir müzakirə vətədqiqatların mövzusudur.
Fikrimizcə, Fransanın xüsusi xidmət orqanlarının Livan,Fələstin, Suriya və İsraildəki fəaliyyətlərinə nəzər salaraqhadisələri, adları, qruplaşmaları və əməliyyatları detallı şəkildətəhlil etməyin vaxtı çatıb.
... 2020-ci ilin yayında Beyrut limanında baş verən dağıdıcıpartlayışdan qısa müddət sonra, Fransanın Livandakı maraqlarınıqorumaq məqsədilə gizli bir razılaşma əldə olunmuşdu. Burazılaşmanın təfərrüatları ilk dəfə olaraq Fransa mass-mediası vəİsrail nəşrləri tərəfindən ictimaiyyətə açıqlanmışdı. FransanınYaxın Şərq üzrə tanınmış analitik jurnalisti JorjMalbruno bu razılaşmanın mahiyyətini açıqlayaraq, ParisləLivanın güclü və təsirli təşkilatlarından biri olan "Hizbullah"arasında siyasi bir oyun oynandığını iddia edir. Bu oyun Fransanınböyük strateji hədəflərindən biri olan Beyrut limanının gələcəyiilə bağlıdır.
Bəhs olunan dövrdə, Fransanın prezidenti Emmanuel MakronunLivana etdiyi səfərlər və onun Beyrutdakı partlayışla bağlıfəaliyyəti xeyli müzakirə olunmuşdu. Ancaq Malbrunonun iddiasınagörə, bu səfərlər yalnız humanitar məsələlər ətrafında deyildi.Xüsusilə, Makronun Livana etdiyi səfərlərdə "Hizbullah"ın silahlarıhaqqında danışmamaqla bağlı verdiyi vədlər ciddi nəticələrə səbəbolmuşdu. Jurnalist qeyd edir ki, Makron "Hizbullah"ın silah gücünümüzakirədən uzaq tutmaqla, əvəzində Fransanın maraqlarına uyğunnəticələr əldə etmək istəyirdi.
Bu kontekstdə əsas hədəflərdən biri Beyrut limanı ilə bağlıdır.Partlayışdan sonra limanın böyük bir hissəsi sıradan çıxmış,ölkənin iqtisadi gücü ciddi şəkildə zəiflədilmişdi. Lakin limanınstrateji əhəmiyyəti öz qüvvəsində qalırdı. Bunu nəzərə alaraq,Fransa limanın bərpasında birbaşa rol oynamağa cəhd edirdi. Beyrutlimanı Livanın iqtisadi sistemində mühüm rol oynayırdı;partlayışdan əvvəl, bu liman ölkənin təxminən 60% idxalının, eləcədə 70% gömrük gəlirlərinin mənbəyi idi. Bu limanın fəaliyyətəyenidən başlaması həm iqtisadi, həm də strateji baxımdan mühüm biraddım sayılırdı.
Məhz bu vəziyyətdə Fransa ilə "Hizbullah" arasında əldə ediləngizli razılaşma daha da maraqlı görünür. Malbrunonun iddiasınagörə, Makronun diplomatik jestləri "Hizbullah"ın gözlədiyi addımlarolub. Bu kontekstdə Fransanın dəniz daşımaları üzrə nəhəng şirkəti"CMA CGM Group"un Livan bazarına çıxışı təminedilmişdi. Şirkətin sahibi olan Rodolf Saade Livanmənşəli bir biznesmen olaraq, öz maraqlarını qorumağa çalışırdı.Saade həm də Makronu Livana səfəri zamanı müşayiət edirdi və onunLivanla bağlı maraqlarını gücləndirməyə çalışırdı.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, "CMA CGM Group" Beyrutlimanında böyük bir tenderə qatılaraq partlayışdan zərər çəkmişkonteyner terminalının bərpası və infrastrukturun genişləndirilməsiüzrə layihəni qazanmışdı. Şirkətin bu prosesə daxil olması təkcəiqtisadi deyil, həm də siyasi əlaqələrin nəticəsi olaraqqiymətləndirilir. Şirkət Beyrut limanına böyük maliyyə resurslarıayıraraq müasir infrastrukturun qurulmasına və zəruriavadanlıqların təmin edilməsinə kömək etmişdi. Saade bu prosesdəFransa hökumətinin dəstəyi ilə ciddi rol oynayaraq, həm iqtisadimənfəət, həm də Livanla əlaqələrin möhkəmləndirilməsini təminetmişdi.
Malbruno bu prosesin arxa planda olan digər təfərrüatlarına daişıq salır. O, Saadenin Livanın nəqliyyat naziri olan və"Hizbullah"a yaxınlığı ilə tanınan Əli Hamiyanı özşəxsi təyyarəsində Marselə uçmağa dəvət etdiyini iddia edir. Bu cürtəkliflərin və razılaşmaların arxasında ciddi maraqların olduğuaydın görünür. Fransa Beyrut limanını nəzarətə götürməklə Livanıniqtisadi gələcəyinə birbaşa təsir etmək və regiondakı stratejimövqeyini gücləndirmək niyyətindədir.
Beləliklə, bu razılaşma və tenderin qazanılması sadəcə ticarətlayihəsi kimi görünməməlidir. Burada geosiyasi maraqlar, siyasiqüvvələrin balansı və iqtisadi təsir vasitələri bir-biri ilə sıxəlaqəlidir. Beyrut limanı Livanın iqtisadi nəbzi olmaqla yanaşı,regionda geniş təsir gücünə malik olan "Hizbullah"ın da maraqdairəsindədir. Buna görə də, bu cür razılaşmalar həm Livandaxilində, həm də beynəlxalq arenada diqqətlə izlənilənproseslərdir. Fransa öz iqtisadi və siyasi maraqlarını Livanüzərində qoruyaraq, eyni zamanda regionda təsir dairəsinigenişləndirmək üçün yeni yollar axtarmağa davam edir.
Fransanın Yaxın Şərqdəki "tarixi" rolu
Fransa Yaxın Şərqdə uzun müddətdir ki, müstəmləkəçi siyasətyürüdüb və bölgədə təsir dairəsini genişləndirmək üçün müxtəlifsilahlı qruplarla əməkdaşlıqlar qurub. Xüsusilə Livan və Suriyadakeçmiş müstəmləkə dövründən qalma əlaqələr bu gün də xüsusi xidmətorqanlarının fəaliyyətinə yol açır. Fransanın gizli kəşfiyyatfəaliyyətləri əsasən iki istiqamətə yönəlib: DGSE(Direction Générale de la Sécurité Extérieure - XariciTəhlükəsizlik Baş İdarəsi) və DCRI (Direction Centrale duRenseignement Intérieur - Daxili Kəşfiyyat Başİdarəsi).
Livan və "Hizbullah"
Fransanın Livandakı xüsusi xidmət orqanları ilə ən diqqət çəkənəməkdaşlıqlarından biri "Hizbullah"la olan dolayısı əlaqələrdir."Hizbullah"ın Livanın cənubundakı fəaliyyətləri 1980-ci illərdəFransanın burada kəşfiyyat əməliyyatlarına başlama səbəblərindənbiridir. Fransanın 1983-cü ildə Beyrutdakı sülhməramlı missiyasınınterror hücumlarına məruz qalması və həmin hücumun arxasındaHizbullahın dayandığı iddia edilsə də, bir sıra mənbələrə görə,Fransa Hizbullahla gizli danışıqlar aparıb. Fransanın tanınmışantiterror hakimlərindən biri Jan-Lüi Brügie(Jean-Louis Bruguière)1980-ci illərdə Livandakı "Hizbullah"laFransanın danışıqlar apardığını açıqlayıb. Bu əlaqələr FransanınYaxın Şərqdəki maraqlarını qorumaq məqsədilə müxtəlif dövrlərdəistifadə olunub.
Fransanın Suriyadakı əməliyyatları
Fransanın Suriya ilə bağlı xüsusi xidmət əməliyyatları uzuntarixə malikdir. DGSE 2000-ci illərdə Suriya ilə Fransa arasındaartan gərginlik fonunda, xüsusən də 2011-ci ildə Suriya vətəndaşmüharibəsinin başlamasından sonra, müxtəlif müxalif qruplarlaəməkdaşlıq etməyə başladı. Suriya müxalifətinə dəstək verənFransanın "Tigre" kod adlı əməliyyatının məqsədi,Əsəd rejiminə qarşı döyüşən qruplara maddi və kəşfiyyat dəstəyigöstərmək olub. Məlumatlara görə, Fransa xüsusi xidmət orqanları"Ceyş əl İslam" kimi silahlı qruplaşmalarakəşfiyyat məlumatları verərək onları dəstəkləyib.
Fransanın Suriya ilə bağlı digər əhəmiyyətli kəşfiyyatəməliyyatlarından biri də 2013-cü ildə Dəməşq yaxınlığında başverən kimyəvi silah hücumları ilə bağlıdır. Fransa bu hücumlarınƏsəd rejimi tərəfindən həyata keçirildiyini bildirsə də, bəzimənbələr Fransanın birbaşa kimyəvi hücumları ilə əlaqəli olansilahlı qruplara, o cümlədən "Cəbhətül əl Nüsra"("Əl Nüsra Cəbhəsi") ilə dolayısı yolla əlaqə qurduğunu iddiaedir.
Fələstindəki şəbəkələr
Fələstində, xüsusilə Həmas və Fətah kimi qruplaşmalarınFransanın xüsusi xidmət orqanları ilə dolayısı əlaqələri olduğubarədə iddialar var. 2000-ci illərdə başlayan ikinci intifadazamanı Fransanın diplomatik nümayəndələri ilə HƏMAS arasında gizligörüşlər keçirilib. Fransanın DGSE və "Mossad" ilə birgəFələstindəki bir sıra əməliyyatlarda iştirak etdiyi iddia olunur.2006-cı ildə Parisdə HƏMAS nümayəndəsi Osman Sahinilə Fransanın kəşfiyyat zabiti Anri-Pol Gibbon(Henri-Paul Gibbon) arasındakı gizli görüşlər mətbuatdasızdırıldıqda bu əməkdaşlıq daha da diqqət mərkəzinə düşdü.
İsraildəki casus şəbəkələri
İsraildə Fransa həm rəsmi, həm də qeyri-rəsmi kanallarla məlumattoplamağa çalışıb. "Mossad" ilə Fransanın xüsusi xidmət orqanlarıarasındakı əməkdaşlıq, zaman-zaman iki ölkə arasında diplomatikgərginliklərə səbəb olsa da, gizli əlaqələr qorunub saxlanılıb.1998-ci ildə İsrail rəsmiləri David Doyon adlıFransanın kəşfiyyat zabitinin "Mossad" tərəfindən izlənildiyini vəİsrail dövlətinə qarşı casusluq etdiyini aşkarladılar. Bu hadisəFransa ilə İsrail arasındakı kəşfiyyat əlaqələrini sual altınaqoydu və qısa müddət ərzində iki ölkə arasında diplomatik gərginlikyaşandı.
Başabəla "peşəkarlar"ın biabırçıuğursuzluqları
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) mühüm bir əməliyyatkeçirərək, Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) üçüncasusluq edən üç nəfəri ələ keçirdi. Bu qrupun başında suriyalıvətəndaş Əhməd Keyti dayanırdı və o, Türkiyəninmiqrasiya siyasəti və ölkədəki suriyalı qaçqınlarla bağlıməlumatları DGSE-yə ötürürdü. Bu məlumatlar əsasında Fransadayerləşən bəzi qeyri-hökumət təşkilatları (QHT), xüsusilə dəParisdəki strukturlar, Türkiyənin beynəlxalq arenada imicinizədələmək məqsədi güdürdü. Bu təşkilatlar, Türkiyədəki qaçqındüşərgələrində guya insan haqlarının pozulduğunu və işgəncələrə yolverildiyini iddia edirdilər.
Casusluq şəbəkəsi Parisdə yerləşən "HələbinDostları" adlı QHT ilə əlaqələndirilirdi və onlarınəməkdaşlığı məhz DGSE-nin vasitəçiliyi ilə qurulmuşdu. Şəbəkəninüzvlərinə Fransada siyasi sığınacaq vəd edilmişdi ki, bu da onlarınəməkdaşlığa daha çox meylli olmalarına səbəb olmuşdu. DGSE son onil ərzində bir çox ölkələrdə, xüsusilə də Afrikada bir neçə uğursuzəməliyyat həyata keçirmişdir ki, bu da qurumun zəif idarə olunmasıvə qeyri-peşəkarlığı ilə əlaqələndirilir.
DGSE-nin uğursuzluqları arasında, ən diqqət çəkəni, 2023-cü iliniyul ayında Nigeriyadakı dövlət çevrilişinə vaxtında reaksiya verəbilməməsi idi. Prezident Emmanuel Makron bu uğursuzluğa görə ciddinarahatlıq ifadə etmiş və DGSE rəhbərliyini sərt tənqid etmişdi. Butənqidlərlə üzləşən qurumun müavini general Olivye Bonne de Payerəsentyabr ayında istefa verməyə məcbur oldu. Bu hadisə DGSE-nintəşkilati problemlərinin dərinliyini və onun Fransanın xaricisiyasətindəki zəifliyini bir daha üzə çıxardı.
DGSE-nin qeyri-peşəkar fəaliyyətinin bir başqa nümunəsi isə2018-ci ildə ortaya çıxdı. Fransanın BMFTV kanalı DGSE agentlərininistifadə etdikləri mobil tətbiqetmə "Strava"vasitəsilə asanlıqla tanına biləcəyini bildirdi. Bu tətbiqetməninistifadəsi, agentlərin hərəkət marşrutlarını və şəxsiyyətləriniaşkara çıxardı və nəticədə onların təhlükəsizliyi təhdid altınadüşdü. Bu, DGSE-nin informasiya təhlükəsizliyi sahəsində ciddiboşluqlara sahib olduğunu göstərdi.
Strava tətbiqindən istifadə etməklə DGSE agentlərinin yerinimüəyyənləşdirmək asanlaşdı. Məsələn, İraqda olan bir agentingeolokasiyası, həmçinin DGSE-nin Fransa və Afrikada yerləşən vacibdinləmə stansiyalarının ətrafında hərəkət edən digər agentlər aşkaredildi. Bu hadisələr bir daha göstərdi ki, DGSE-nin fəaliyyətindəəsas problemlərdən biri informasiya təhlükəsizliyi və gizlilikməsələlərinə lazımi diqqət yetirilməməsidir.
DGSE-nin digər uğursuzluqları arasında 2016-cı ildə Parisdəyerləşən qurumun "casus qülləsi"ndə baş verən yanğın da xüsusidiqqətə layiqdir. Bu yanğın zamanı bina tamamilə təxliyə edildi vəməsələ hərbi sirr səviyyəsində gizlədildi. Məlum olmadı ki, yanğınqəsdən törədilmişdi, yoxsa təsadüfi baş vermişdi. Eyni zamandayanğın nəticəsində DGSE-yə dəymiş zərərin məbləği də gizlisaxlanıldı.
2023-cü ilin oktyabrında DGSE-nin sabiq zabiti Jan-Fransua Lüyyehərbi sirri yaydığına görə həbs olundu. Onun 2018-ci ildə çapolunan "Tripolidən Adam" kitabı Lüyyenin Liviyada keçmiş fəaliyyətivə Fransa üçün mühüm əlaqələr qurduğu dövrdən bəhs edirdi. Buhadisə göstərir ki, DGSE-nin əməkdaşları arasında məlumatsızmalarına qarşı kifayət qədər effektiv nəzarət mexanizmlərimövcud deyil.
Fransanın casusluq şəbəkəsi əsasən xaricdəki diplomatiknümayəndəliklər, qeyri-hökumət təşkilatları və digər təhsilmüəssisələri vasitəsilə həyata keçirilir. Fransanın bir çoxsəfirliklərində əməkdaşlıq və mədəniyyət üzrə departamentlərmövcuddur. Bu departamentlər vasitəsilə DGSE müxtəlif ölkələrdəkivətəndaş cəmiyyətlərini dəstəkləyir, yenilikçi biznes layihələrinəyardım edir və eyni zamanda fransız dili və mədəniyyətini yayır. Bustrukturlar, eyni zamanda, Fransa hökuməti tərəfindən təltifediləcək şəxslərin siyahısını müəyyənləşdirir.
Fransanın xarici siyasətində xüsusi rol oynayan digər birinstitut isə "Fransız İnstitutu"dur. Bu təşkilatFransa mədəniyyətinin yayılması məqsədilə yaradılıb və dünyanın birçox ölkələrində fəaliyyət göstərir. Azərbaycanda da "Fransızİnstitutu" fəaliyyət göstərir. Bu qurumlar xarici siyasət alətikimi istifadə olunur və Fransa dövlətinə xidmət edən casusşəbəkələrinin inkişafına şərait yaradır.
Fransanın kəşfiyyat orqanları, xüsusi təlim keçmiş əməkdaşlarıilə xarici ölkələrdəki strateji mövqelərə sahibdir. Onlarsəfirliklərdə, QHT-lərdə və digər strukturlarda fəaliyyətgöstərərək informasiya toplama və təsir mexanizmləri qurmaq üçüngeniş şəbəkələr yaradırlar. DGSE-nin bu fəaliyyəti xüsusilə Afrikavə Yaxın Şərq bölgələrində güclü şəkildə aparılır.
DGSE xaricdə fəaliyyət göstərən əsas casus şəbəkəsi olsa da,Fransanın digər kəşfiyyat və əks-kəşfiyyat strukturları damövcuddur. Məsələn, Hərbi Əks-Kəşfiyyat Xidməti,İnformasiya Təhlükəsizliyi Sistemi Mərkəzi və Hərbi RadiokəşfiyyatBriqadası bu sahədə mühüm rollara malikdir. DGSE-nin əsasmissiyası isə Fransa Respublikasının təhlükəsizliyi üçün məlumattoplamaq və bu məlumatlar əsasında təhlükələrin qarşısını almaqdır.Bu xidmətin əməkdaşları xarici ölkələrdə müxtəlif örtüklər altındafəaliyyət göstərirlər.
Xarici ölkələrdəki fəaliyyətlə yanaşı, DGSE-nin daxilistrukturunda da mühüm dəyişikliklər baş verir. Son illərdətexnologiya, iqtisadiyyat və elmi sahələrdə peşəkar kadrlara olantələbat artıb və bu sahələrdə yeni mütəxəssislər işə cəlb edilir.Eyni zamanda DGSE-nin tərkibindəki xüsusi xidmətlər Şimali Afrika,Balkan yarımadası, Cənubi Qafqaz kimi regionlarda fəaliyyətgöstərərək strateji məlumatlar toplamağa davam edir.
Ümumilikdə, Fransanın casusluq fəaliyyəti müxtəlif səviyyələrdəaparılır və əsas hədəf ölkələrdəki strateji mövqeləri qorumaq və yagücləndirməkdir. Bu istiqamətdə xüsusi xidmət orqanları vasitəsiləməlumatlar toplanır və analiz edilir, həmçinin xüsusi əməliyyatlarhəyata keçirilir. Fransa dövlətinin qlobal miqyasda təsir gücünüartırmaq üçün geniş və çoxşaxəli casus şəbəkəsi qurulmuşdur.
Ekspertlər nə deyir?
Fransanın Yaxın Şərqdəki fəaliyyəti barədə müxtəlif beynəlxalqekspertlər də fikir bildiriblər. ABŞ-ın Mərkəzi Kəşfiyyatİdarəsinin (CİA) sabiq agenti Robert Baer özkitabında Fransanın Suriya və Livandakı fəaliyyətlərini təsviredərək, bu əməliyyatların əsas məqsədinin Yaxın Şərqdəkimaraqlarını qorumaq olduğunu vurğulayıb. Tanınmış fransız YaxınŞərq tədqiqatçısı Frederik Pişon (Frédéric Pichon)Fransanın Livan və Suriya ilə əlaqələrində həm diplomatik, həm dəgizli yollarla ekstremist qruplarla əlaqə saxladığını qeyd edib.Onun sözlərinə görə, Fransa, xüsusilə Suriyadakı müharibədə həmsiyasi, həm də hərbi sahədə öz maraqlarını təmin etmək üçünmüxtəlif taktikalardan istifadə edib.
Fransa Müdafiə Nazirliyinin keçmiş əməkdaşı PyerKonesa (Pierre Conesa) Yaxın Şərqdə kəşfiyyatşəbəkələrinin aktiv şəkildə işlədiyini və ekstremist qruplaşmalarlaFransa arasında dolayısı əlaqələrin olduğuna dair şübhələr olduğunubildirib.
Sənədlər və iddialar
Fransanın Yaxın Şərqdəki xüsusi xidmət orqanlarınınfəaliyyətləri ilə bağlı bir sıra məxfi sənədlər və hesabatlarmövcuddur. 2015-ci ildə sızdırılmış bir DGSE sənədi Fransa xüsusixidmət orqanlarının Suriyadakı müxalif qüvvələrə silah tədarükübarədə məlumat verib. Həmçinin, 2017-ci ildə "Le Monde" qəzetindəyayımlanmış məlumatlarda Fransanın DGSE zabitlərinin Livanda"Hizbullah" ilə gizli əlaqələr qurduğu iddia olunub.
Fransanın Yaxın Şərqdəki xüsusi xidmət fəaliyyəti mürəkkəb vəçoxistiqamətlidir. Bu əlaqələr, Fransa xüsusi xidmət orqanlarınınregional maraqlarını təmin etmək üçün ekstremist və silahlıqruplaşmalarla gizli əməkdaşlıqlar qurmaqdan çəkinmədiyinigöstərir. Yaxın Şərqdə Fransanın diplomatik və kəşfiyyatəməliyyatlarının tarixi, bölgədəki münaqişələrin gedişatına birbaşatəsir göstərmiş və bir çox hallarda bu əlaqələr açıq şəkildə ortayaçıxmasa da, araşdırmaçılar və ekspertlər tərəfindən geniş şəkildəmüzakirə olunmuşdu.
... Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdə sülh vəstabillik üçün çalışdığını deyir. Sözdə belədir.
Əməldə isə...