AZ

Dodik: “Mən öldürmək istəyirlər, bir necə fədə xəbərdarlıq almışam”

“Serb respublikası”nın (Bosniya və Herseqovinadakı separatçı qurum) prezidenti Milorad Dodik daxil olan təhdidlərə görə həyatı üçün qorxmağa əsaslarının olduğunu təsdiqləyib və Britaniya xüsusi təyinatlılarının Sarayevoda olmasına işarə edib.

Musavat.com xəbər verir ki, M.Dodik bu fikirləri TASS-a müsahibəsində dilə gətirib.

“Mən bir neçə dəfə bu cür xəbərdarlıqlar almışam və təbii ki, biz Britaniya xüsusi təyinatlılarının bəzi hissələrinin Sarayevoda yerləşməsinə və heç kimin onların tapşırıqları barədə açıq danışmamasına göz yuma bilmərik. Haqqında danışdığım təhdidlər müxtəlif mənbələr tərəfindən müxtəlif rakurslardan təsdiqlənib və hamısı eyni şeyə gəlib”, - o deyib.

Daha əvvəl agentliyin həmsöhbəti Dodikin təhlükəsizlik tədbirlərini artırmağa və Bosniya və Herseqovinanın paytaxtına səfər edərkən ehtiyatlı olmağa məcbur olduğunu bildirib.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr