Azərbaycanın Qarabağ bölgəsində aparılan bərpa işlərinin miqyası heyran etməyə bilməz.
"Far.Az"un müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə britaniyalı səyyah Viktoriya Lourens deyib.
Səyyah qeyd edib ki, bu, onun Azərbaycana ilk səfəri deyil.
“Azərbaycanda sonuncu dəfə 1970-ci illərdə olmuşam, bu ərazini gəzmişəm və o vaxtdan bəri burada hansı inkişafın getdiyini görürəm”, – o bildirib.
V.Lourensin sözlərinə görə, dünya Qarabağda baş verənlər barədə daha çox bilməlidir. "Biz bütün bu müddət ərzində bunlardan xəbərsiz olmuşuq və indi mən bu bölgəni daha çox öyrənmək niyyətindəyəm", - o əlavə edib.
Səyyah qeyd edib ki, gələcəkdə ailəsi ilə birlikdə azad edilmiş ərazilərə məmnuniyyətlə gələcək.