AZ

Öcalanı yaxalayan komandirdən Baxçalıya təpki: BU ZAVALLI ...


PKK terror təşkilatının lideri Abdullah Öcalanı Türkiyəyə gətirən Xüsusi Təyinatlı Qüvvələrin keçmiş komandiri Engin Alan MHP sədri Dövlət Baxçalının baş terrorçu ilə bağlı açıqlamasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

“Yeni dünya nizamı qurulur. Türkiyə bu prosesin mühüm aktorlarından biridir. Ölkə daxilində, xüsusən də siyasətdə bir-birimizlə mübarizəni davam etdirib tarixi fürsəti əldən versək, aktor əvəzinə heç bir rolu olmayan iştirakçı ola bilərik”, - Alan vurğulayıb.

Keçmiş komandir açıqlamasına əlavə olaraq ikinci bir mesaj da paylaşıb:

“Yazdıqlarımı yaxşı başa düşün. Apo (Öcalan) hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır”.

MHP lideri bundan öncə Öcalanın mümkün azadlığa buraxılması ilə bağlı bunu söyləmişdi:

“Təcridi aradan qaldırılsa, Türkiyə parlamentinə gələrək terrora son qoyduğunu açıqca bəyan etməlidir. Gəlib DEM Partiyasına (HDP) qatılsın, silahı yerə qoyduğunu, terrorun tamamilə bitdiyini, PKK-nın ləğv olunduğunu açıqlasın”.

 

Müəllif: Mənsur Rəğbətoğlu

Seçilən
26
1
nuh.az

2Mənbələr