Misli Premyer Liqasının XI turunda "Turan Tovuz" "Kəpəz"i məğlub edib - 2:1.
Offsideplus.az xəbər verir ki, oyundan sonra AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərin suallarını cavablandırıb. Qurum rəsmisi federasiyanın "Kəpəz"ə əlavə vəsait ödəməsi ilə bağlı iddialara cavab verib:
"Mən də bu xəbəri oxumuşdum. Tam rəsmi şəkildə deyə bilərik ki, bu məsələ həqiqəti əks etdirmir. Hansısa kluba belə şey etsək, artıq digərlərinə qarşı haqsız yanaşmış olacağıq. Birmənalı şəkildə deyə bilərəm ki, belə bir hal olmayıb".