AZ

İspaniya La Liqasında "El-Klasiko" həyəcanı

Bu gün İspaniya La Liqasında "El-Klasiko" həyəcanı yaşanacaq.
 
Moderator.az xəbər verir ki, böyük maraqla gözlənilən görüşdə "Real Madrid" doğma meydanda "Barselona"nı qəbul edəcək.
 
Gərgin mübarizə vəd edən görüşə komandalar itkilərlə çıxacaqlar.
 
Belə ki, "Kral" klubundan David Alaba, Karvaxal, Tibo Kurtua və Rodriqo zədə üzündən görüşü buraxmalı olacaqlar.
 
"Kataloniyalılar"da isə Arauxo, Kristensen, Ter Ştegen, Ferran Torres və Qarsia zədə səbəbindən komandaya kömək edə bilməyəcəklər.
 
Qarşılaşmanın start fitini baş hakim Xose Maria səsləndirəcək.
 
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
 
Seçilən
20
moderator.az

1Mənbələr