AZ

Samir Abasov gəldi, zülm bitdi! - REPORTAJ

Neftçi (Bakı) - Səbail (Bakı) 3:1 (1:0)
93. Rza Cəfərov (k) - 5,5
8. Emin Mahmudov - 6,0 
3. Höccət Haqverdi - 5,5
17. Rəhman Hacıyev - 4,5
(90. Ramil Şeydayev, 41) - 6,0
14. Edvin Kuç - 5,5
6. Rafael Quzzo - 6,0
(88. Andrey Ştoqrin, 82) - qiymətsiz
99. Ervin Koffi - 6,0
44. Yuri Matias - 5,5
24. Mustafa Sek - 6,0
(7. Azər Əliyev, 82) - qiymətsiz
22. Dembo Darbo - 6,5
(91. Ağadadaş Salyanski, 73) - qiymətsiz
20. Alfa Konte - 6,0
(11. Kilan Lebon, 73) - 5,0
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rüstəm Samiqullin 
47. Murad Məmmədov
4. Mark Tamaş
23. Robert Bauer
77. Yeqor Boqomolski 
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Dembo Darbo

1. Hüseynəli Quliyev - 5,5
74. Yusif Nəbiyev (k) - 5,0
18. Süleyman Əhmədov - 5,0
(15.Vüsal Məsimov, 62) - 4,5
11. Rüfət Abdullazadə - 5,0
83. Nihad Quliyev - 5,0
10. David Qomis - 4,5
(14. Süleyman Alluş, 46) - 5,0
44. Amir Bilali - 5,0
(16. Emin Rüstəmov, 71) - 4,5 
3. Dmitri Litvin - 5,0 
7. Madi Queta - 5,0
5. Gitay Sofir - 4,5 
(77. Fərid Nəbiyev, 32) - 5,0
21. Ayman Bouali - 5,0
(19. Samir Abdullayev, 71) - 5,0
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
25. Nicat Məmmədzadə
6. Cabir Əmirli
17. Gülağa Əsədov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Hüseynəli Quliyev

Qollar: R.Şeydayev, 45+3 (1:0, A.Konte). D.Darbo, 57 (2:0, E.Mahmudov). D.Darbo, 67 (3:0, R.Şeydayev). S.Abdullayev, 90+3 (3:1, F.Nəbiyev).
Vərəqə: E.Kuç, 81 (rəqibi aşkar qol imkanından məhrum etmək) - qırmızı.
Hakimlər: RAUF CABBAROV, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi : Zeynal Zeynalov (Bakı).
Hakim-inspektor: Orxan Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
19 oktyabr. Bakı. “Neftçi Arena”. 1365 tamaşaçı (11000 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub. 
Oyunun qiyməti: 6,0.

Bu oyun ərəfəsində komandaların düşərgəsində fərqli əhval-ruhiyyə hökm sürürdü. “Dənizçilər” ötən tur “Şamaxı”nın məğlubiyyətsiz oyunlar seriyasını qırmışdısa, 9-cu turun ardından Roman Qriqorçukla vidalaşan “Neftçi” Samir Abasovla anlaşmışdı. “Neftçi Arena”da keçirilən oyun bir növ Abasov üçün növbəti özünüsübut imkanı idi. Dərhal təşəbbüsə yiyələnən meydan sahiblərindən Darbo artıq 3-cü dəqiqədə cərimə meydançası daxilində topu qapıya göndərsə də, Hüseynəli Quliyev yerində idi.

2 dəqiqə sonra Bouali pressinq edərək, Matiasdan topu alıb irəliləmək istəsə də, Rza Cəfərov dərhal irəli atılıb, təhlükəni sovuşdurdu. 21-ci dəqiqədə Emin Quzzoya, sonuncu Höccətə ötürmə verdi. Qolkiperlə təkbətək qalan Höccət zərbə endirsə də, Hüseynəli bu dəfə də təslim olmadı. 42-ci dəqiqədə Yusif Nəbiyev iki rəqibdən yan keçib Quetaya ötürmə verdi. Queta cərimə meydançası daxilində iki rəqibi aldadıb zərbə endirsə də, “Neftçi”nin yeni kapitanı Rza yerində idi. 45-ci dəqiqədə “ağ-qaralar” hesabı açmağa yaxın oldu. Sek Eminə, sonuncu Darboya ötürmə verdi. Darbo incə toxunuşla topu qapıya göndərmək istəsə də, Hüseynəli inannılmaz seyvlə yadda qaldı. Nəhayət, “Neftçi” ilk hissəyə artırılan sonuncu dəqiqədə istəyinə nail olur. Şeydayevin zərbəsi qolla nəticələndi - 1:0. Bu dəfə Hüseynəli də “Səbail”ə kömək edə bilmədi. İkinci hissə ilk yarıyla müqayisədə daha canlı keçdi. 57-ci dəqiqədə Konte Eminə doğru ara ötürmə verdi. Emin topu yenidən Alfaya qaytardı. Onun qapı qarşısına ötürməsini Litvin uzaqlaşdıra bilmədi. Top Eminin önünə düşdü və Mahmudov dərhal Demboya yönəltdi.

Darbonun zərbəsini Hüseynəli zərərsizləşdirə bilmədi - 2:0. 62-ci dəqiqədə qolkiper komandasını 3-cü qoldan xilas etdi. 5 dəqiqə sonra Darbo dubl etdi. Şeydayev sağ cinahla irəliləyib cərimə meydançasına daxil oldu, onun ötürməsindən sonra Darbo topu tora qovuşdurdu - 3:0. Hər şey qaydasında getdiyi vaxtda, 81-ci dəqiqədə “ağ-qaralar” azlıqda qaldı. Höccət topu Kuça ötürərkən səhvə yol verdi. Alluş rəqibini keçib irəliləmək istəsə də, Edvin onu aşkar qol imkanından məhrum edərək qırmızı vərəqə aldı. Bundan yararlanan “dənizçilər” uzatma dəqiqələrində qollardan birinin əvəzini çıxdı. Nihad Quliyev pressinq sayəsində topu qazanır. Alluş Fəridə, sonuncu Samir Abdullayevə ötürmə verdi. Samir qarşısıalınmaz zərbə ilə fərqi azaltdı - 3:1. Beləliklə, “Neftçi” 10-cu turda ilk qələbəsini qazandı. Necə deyərlər, Samir Abasov gəldi, zülm bitdi.

Gözdən qaçmadı
* Samir Abasov final fitindən dərhal sonra Ağadadaşa yaxılaşaraq, səhvlərini izah etdi. Baş məşqçi komanda üzvləri ilə birlikdə qələbəni “Forza Neftçi”nin önündə qeyd etdi.

ƏSƏD SEYİDOV

Seçilən
26
football-plus.az

1Mənbələr