AZ

Lukaşenko: “Minsk Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsini asanlaşdıracaq”

“Moskva və Kiyev bunu istəsə, Belarus Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi prosesini asanlaşdırmağa davam edəcək”.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Kazanda keçirilən BRİKS sammitində jurnalistlərə açıqlamasında bildirib.

“Ukrayna tərəfinin bizimlə və praktiki olaraq ərazimizdə işləyəcəyinə etirazı yoxdur. Onların və bizim ombudsman, eləcə də parlamentimizin deputatları bu işdə iştirak edir. Biz bu humanitar missiyanı həyata keçirməyə davam edəcəyik”, - deyə Lukaşenko qeyd edib.

Bizim.Media

Seçilən
22
46
bizim.media

10Mənbələr