AZ

Roberto Mançini Səudiyyə Ərəbistanı yığmasından niyə ayrılıb?

İtalyan mütəxəssis Roberto Mançini Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi vəzifəsindən istefası qərarının təfərrüatını açıqlayıb.

Arena.az “II Messaggero” dərgisinə istinadən məlumat verir ki, italyan müətəxəssis müvafiq qərarını əsaslandırıb:

“Səudiyyə Ərəbistanında çoxlu bacarıqlı insanlar işləyirlər. Amma fəsad ondadır ki, milli komandanın müəyyən bir futbol üslubunda oynamaq üçün kifayət qədər təcrübəsi yoxdur. Əcnəbilərin gəlib məskunlaşması üstünlüyü ilə çox şey dəyişib, milli komandanın oyunçuları öz klublarında təcrübə keçməyi dayandırıblar, belə bir şəraitdə isə dünya çempionatına çıxmağa zəmanət verə bilmərəm”, deyə Mançini bildirib.

Öz növbəsində, Səudiyyə Ərəbistanı Futbol Federasiyası (SAFF) Mançinini, çalışdırdığı kollektivin qeyri-qənaətbəxş nəticələrinə, eləcə də məşqçi ilə komanda arasında münasibətlərin korlanmasına görə vəzifəsindən azad etdiyini bildirib. Ələlxüsus, komandanın son 5 oyunda cəmi 1 qələbə qazanması mənzərəsində italyan mütəxəssislə ərəb komandasının futbolçuları və rəhbərliyi arasında fikir ayrılığının yarandığı vurğulanır.

Xatırladaq ki, Mançini Səudiyyə Ərəbistanı yığmasının sükanı arxasına 2023-cü ilin avqust ayında gətirilmişdi. İtalyan mütəxəssislə müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Çalışdırdığı müddətdə Mançini Səudiyyə Ərəbistanı yığmasını 18 oyuna çıxarıb, 7 qələbə, 5 heç-heçə, 6 məğlubiyyət yaşayıb. Topların fərqi isə 26:22 nisbətindədir.

Roberto Mançini Səudiyyə Ərəbistanı millisindən öncə İtaliya yığmasına da rəhbərlik edib. O, Mançini 2018-ci ilin mayından 2023-cü ilin avqustuna qədər ölkəsinin yığmasını çalışdırıb. İtalyan mütəxəssisin uğurlu fəaliyyəti ilə “skuadra adzurra” AÇ-2020-nin qalibi olmağı bacarıb. Bununla yanaşı, Mançini İtaliya yığması ilə UEFA Millətlər Liqasında 2 dəfə bürünc medal qazanıb (2021, 2023). Roberto Mançininin çalışdırdığı kollektiv 2022-ci ildə Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində keçirilmiş “Finalissima” oyununda dünya çempionu Argentina yığmasına 0:3 hesabı ilə məğlub olaraq, gümüşlə kifayətlənib.

Roberto Mançini məşqçilik karyerası ərzində İtaliyanın “Fiorentina”, “Latsio” və “İnter”, İngiltərənin “Mançester Siti”, Türkiyənin “Qalatasaray” və Rusiyanın “Zenit” (Sankt-Peterburq) klublarını çalışdırıb. İtalyan mütəxəssis güclü təşkilati bacarığı, meydanda və meydandan kənarda futbol ab-havasını tənzimləyə bilmək qabiliyyəti ilə səciyyəvidir. Maraqlıdır ki, Mançini çalışdırdığı bütün kollektivlərlə uğur qazana bilib.

Seçilən
25
arena.az

1Mənbələr