AZ

Türkiyə terror təşkilatına qarşı əməliyyat keçirdi: 55 nəfər saxlanıldı

Bakı. Trend:

Türkiyə tərəfindən PKK/KCK - PYD/YPG terror təşkilatına qarşıkeçirilən "Gürz-22" əməliyyatları çərçivəsində 55 terror təşkilatıüzvünün saxlanılıb.

Trend türkKİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlərnaziri Ali Yerlikaya açıqlama verib.

Məlumatda bildirilir ki, əməliyyatlar Respublika BaşProkurorluğu və Jandarma Baş Komandanlığının Terrorla Mübarizəİdarəsinin koordinasiyası altında vilayət jandarma komandanlıqlarıtərəfindən Adana, Aydın, Iğdır, Siirt, Hatay, Kars, İzmir, Erzurum,Eskişehir, Kocaeli, Muğla, Manisa, Hakkari, Trabzon, Elazığ, Muş vəŞırnakda həyata keçirilib.

"17 vilayətdə PKK/KCK-PYD/YPG terror təşkilatına qarşı jandarmatərəfindən həyata keçirilən "Gürz-22" əməliyyatlarında 55 şübhəliterrorçu yaxalanıb. Millətimizin əmin-amanlığı, birlik vəhəmrəyliyi naminə sonuncu terrorçu zərərsizləşdirilənədəkdualarınız və dəstəyinizlə fasiləsiz mübarizəmizi davametdirəcəyik", - nazir qeyd edib.

Seçilən
50
3
az.trend.az

4Mənbələr