AZ

Sərxan Hacıyev "Kəpəz"in taleyini oyuncağa çevirənlərə qulaqburması verəcəkmi? - etiraz səsi ucaldı

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevlə millimizin baş məşqçisi Fernando Santuşun iş qrafiki sıxlaşıb.

"Football-plus.az" xəbər verir ki, onlar dünən Qəbələyə, millimizin Millətlər Liqası çərçivəsində Estoniyanı qəbul edəcəyi stadiona baş çəkib, ardından Tovuzda keçirilən "Turan Tovuz" - "Kəpəz" matçını (2:1) stadiondan izləyiblər.

Əldə etdiyimiz məlumata görə, Hacıyev və Santuş bu gün səhər saatlarında Gəncəyə də səfər edib.

"Kəpəz"in yeni tikilən bazasının şəraitiylə tanış olan icraçı vitse-prezident klub rəhbərliyinin hakimliklə bağlı narazılığını da dinləyib. Gəncə təmsilçisinin rəsmiləri AFFA-dan gələn şəxslərlə söhbətdə ədalət təmsilçilərinin haqsız qərarlarının nəticələrə, komandadakı ab-havaya və Gəncə futbolunun gələcəyinə mənfi təsir göstərmək təhlükəsindən bəhs edib və lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, "Kəpəz" 3 xalla sonuncu pillədədi.

KƏNAN BAHADIR

Seçilən
60
football-plus.az

1Mənbələr