AZ

İlkin nəticələr AÇIQLANDI: "Gürcü Arzusu" partiyası öndədir

Gürcüstanda keçirilən seçkinin nəticələrinə əsasən hakim "Gürcü Arzusu" partiyasının parlamentdə səs çoxluğu qazanacağına şərti olaraq zəmanət verilir.

Bizim.Media xəbər verir ki, bu barədə Partiyanın baş katibi, Tbilisi meri Kaxa Kaladze məlumat verib.

Bu səbəblə partiyanın baş ofisinin binası qarşısında konsert kürsüsü quraşdırılmağa başlayıb.

Xatırladaq ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır.

Bizim.Media

Seçilən
16
4
bizim.media

7Mənbələr