AZ

Növbəti "El-Klasiko" bu ölkədə keçirilə bilər: Klublar razıdır

İspaniya çempionatının 18-ci turunun dekabrın 22-nə planlaşdırılan “Barselona” – “Atletiko” matçı ABŞ-da baş tuta bilər.

Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

La Liqa matçın xaricdə keçirilməsi üçün İspaniya Kral Futbol Federasiyasına (RFEF) rəsmi ərizə təqdim edib. RFEF razılıq verərsə, sorğu UEFA-ya göndəriləcək. Qitənin ali futbol qurumu oyunun keçirilməsi ilə bağlı yekun qərarı verəcək.

Məlumata görə, La Liqa Mayamidəki matçı "Hard Rock Stadium"da keçirmək istəyir. Hər iki klubun bu ideyanı dəstəklədiyi bildirilir.

Seçilən
30
publika.az

1Mənbələr