AZ

Hərbçiyə dələduzluq edən deputat SAXLANILDI

Rusiyanın Vladimir vilayətində “Vahid Rusiya” partiyasından olan deputat qullardan istifadə etməkdə və hərbçiyə 1 milyon rubl (təxminən 17 min 700 manat) məbləğində dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb.

"Ölkə.az" xəbər verir ki,öhbət yerli deputat Nikolay Malışevdən gedir. İki il yarım ərzində Malışev və onun əlaltıları deputata məxsus avtoyuma məntəqəsinin ərazisində 3 nəfəri zorla işlədərək girov kimi saxlayıblar.

Qullar günün istənilən vaxtı avtoyuma məntəqəsində pulsuz işləməyə məcbur olunub və onlara qarşı zorakılıq edilib.

2024-cü ilin iyul-oktyabr aylarında cinayətkarlar Ukraynaya qarşı vuruşan rusiyalının bank hesabından da fırıldaq yolu ilə bir milyon rubldan çox pulu ələ keçiriblər.

İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (dələduzluq) və 127.2-ci (qul əməyindən istifadə) maddələri ilə cinayət işi açıb.(Lent.az)

Seçilən
34
1
olke.az

2Mənbələr