AZ

Gürcüstan parlamenti və prezident sarayının qarşısında SON VƏZİYYƏT - VİDEO

Mərkəzi Seçki Komissiyasının məlumatları fonunda Gürcüstan parlamenti və prezident sarayının qarşısında sakit vəziyyət hökm sürür.

Bizim.Media xəbər verir ki, seçkilərdə qalib olmayan müxalif partiyaların tərəfdarlarının etirazları gözlənilsə də heç bir aksiya müşahidə edilmir.

Belə ki, Baş nazir İrakli Kobaxidze müxalifətin hakimiyyətdə olan partiyanın qələbəsini qəbul etmək istəmədiyi üçün etirazlara başlayacağını istisna etməyib.

Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilib. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır. MSK-nın ilkin nəticələrinə əsasən, hakim “Gürcü arzusu” 53,028 faiz səs toplayaraq liderlik əldə edib.




Bizim.Media

Seçilən
41
50
bizim.media

10Mənbələr