AZ

Modriç "El Klasiko" rekordçusu oldu

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç "El Klasiko" tarixinin ən yaşlı futbolçusu olub.

90deqiqe.Az xəbər verir ki, xorvatiyalı oyunçu "Barselona" ilə bugünkü görüşün 63-cü dəqiqəsində meydana çıxıb. 

Los Blankos veteranı hazırda 39 yaş 47 günlükdür. Əvvəlki rekordçu “Barselona”nın keçmiş müdafiəçisi Dani Alvesdir, o, 38 yaş 318 gün ərzində “Real”a qarşı oynayıb.

Luka Modriç 2012-ci ildən "Real"ın şərəfini qoruyur. Bugünkü qarşılaşma onun Kral Klubu üçün bütün turnirlərdə 549-cu oyunu olub.

Seçilən
15
90deqiqe.az

1Mənbələr