AZ

Saakaşvilinin partiyası seçkilərin nəticələrini tanımadığını elan etdi

Eks-prezident Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat partiyası əsasında qurulan “Birlik – Milli Hərəkat” partiyası Gürcüstanda ötən parlament seçkilərinin nəticələrini tanımır.

Teleqraf.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə partiyanın rəhbəri Tinatin Bokuçava brifinqdə bildirib.

"“Birlik – Milli Hərəkat” adından bəyan edirik ki, oğurlanmış seçkilərin nəticələrini qəbul etmirik".

Həmçinin müxalifətin “Dəyişiklik Koalisiyası”nın lideri Nika Qvaramiya keçirdiyi brifinqdə bildirib ki, onun partiyası Mərkəzi Seçki Komissiyasının məlumatlarını tanımır:

"Seçkilər oğurlanıb. Hakimiyyətin qəsb edilməsi olub. Bu, konstitusiya çevrilişidir", - Qvaramiya deyib.


Müəllif: Pərvin Cəfərova
Seçilən
25
teleqraf.com

1Mənbələr