AZ

Fransada ukraynalı qaçqınları sosial evlərdən çıxarmağa başlayıblar

Bakı. Trend:

Fransanın Qrand Est bölgəsindəki ukraynalı qaçqınlar yerlihakimiyyət orqanlarından sosial evləri tərk etmələri tələb edənməktublar almağa başlayıblar.

Trend-inməlumatına görə, bu barədə “Le Monde” qəzeti yazır.

Məqalədə qeyd olunur ki, qaçqınlara ilk mesajlar sentyabrınsonunda göndərilməyə başlanıb. Onlardan bu ilin oktyabrın 31-dəkmənzilləri tərk etmələri xahiş olunur.

Nəşr məktublardan birindəki ifadəyə görə, “peşəkar inteqrasiyavə muxtariyyətin genişləndirilməsi üçün lazımi addımlar ölkədəqlobal inteqrasiyanı təmin etmək üçün kifayət qədərtamamlanmayıb.”

Jurnalistlər eyni zamanda, son vaxtlar Avropa ölkələrindəukraynalı qaçqınlara dəstəyin zəiflədiyini vurğulayırlar. Bu,xüsusilə Macarıstan, Hollandiya, Norveç və Çexiya ilə bağlıdır.

Seçilən
30
4
az.trend.az

6Mənbələr