AZ

Ançelotti ilə Flik niyə mübahisə edib?

İspaniya La Liqasının 11-ci turunda “Barselona” səfərdə “Real”ın qapısından 4 cavabsız top keçirib. Msport.az xəbər verir ki, Kataloniya klubunun dördüncü qolundan sonra “Barsa”nın baş məşqçisi Hans-Diter Fliklə “Madrid klubunun çalışdırıcısı Karlo Ançelotti arasında mübahisə yaranıb.

Flik “Marca”ya hadisəni belə şərh edib: “Mən onu görmədim. Oyundan sonra da Ançelotti ilə söhbət elədik, lakin bu adi haldır. Komanda yalnız vurduğu qolu qeyd edirdi. Biz kifayət qədər yetkin insanlarıq ki, bunu müzakirə edə bilək”.

Qeyd edək ki, “Barselona”nın 4-cü qolundan sonra Ançelotti Flikə yaxınlaşaraq jestlərlə öz etirazını bildirib. Sonradan italiyalı mütəxəssis bildirib ki, problem qolu çox emosional şəkildə qeyd edən Flikin köməkçisinə görə yaranıb.

Seçilən
47
msport.az

1Mənbələr