Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri ilə əlaqədar seçki məntəqələrinin 97 faizində səslər hesablanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilir ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası 3018 məntəqədən 1 milyon 87 min 801 səs toplayıb. Bu da ümumi səslərin 54,24 faizini təşkil edir.
Müxalifət partiyaları isə ümumilikdə 37,33 faiz səs toplaya bilib.
“Dəyişikliklər üçün Koalisiya” (Axali, Qirçi-daha çox azadlıq, və “Droa”) – 10,81 faiz (216 691 səs);
“Birlik - Milli Hərəkatı” (Vahid Milli Hərəkat, “Strategiya Aqmanaşenebeli” və “Avropa Gürcüstanı”) – 10.07 faiz (201 937 səs);
“Güclü Gürcüstan” (Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq meydanı” və “Vətəndaşlar”– 8,72 faiz (174 921 səs);
“Qaxaria Gürcüstan üçün” - 7.73 faiz (154 916 səs).
Səsvermədə seçici fəallığı 58,94 faiz olub.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri ilk dəfə proporsional sistem üzrə, səsvermə isə elektron texnologiyaların tətbiqi ilə keçirilib.