AZ

Rusiya Donteksdə daha bir şəhəri ələ keçirib

Rusiya qoşunları aktiv hücum əməliyyatları nəticəsində Ukraynanın Donesk vilayətində yerləşən Qornyak şəhərini ələ keçirib.

İqtisadiyyat.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) "Muchnoy" ləqəbli döyüşçüsü teleqramda yaşayış məntəqəsi üzərində nəzarətin itirilməsini etiraf edib.

"Düşmən Qornyakı tamamilə öz nəzarəti altına ala bilib. Şəhərdə hələ də zirzəmidə qalan döyüşçülərimiz var, onların taleyi naməlumdur. Digərləri bacardıqları qədər Kuraxovkaya çəkildilər" - deyə hərbçi bildirib.

Qeyd edək ki, Rusiyanın Silahlı Qüvvələrinin 114-cü briqadasının hərbçiləri Qornyakdakı binalardan birinin üzərində bayraq sancıblar. 

Seçilən
20
iqtisadiyyat.az

1Mənbələr