AZ

"Barselona"nın baş məşqçisi Flik Ançelotti ilə bağlı insidenti şərh edib

"Barselona"nın çalışdırcısı Hans-Diter Flik "El Klassiko" zamanı "Real"ın baş məşqçisi Karlo Ançelotti ilə bağlı insident haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, "Marca" qəzeti alman mütəxəssisin dediklərini belə çatdırıb.

“Mən orada nə baş verdiyini görmədim. Final fitindən sonra Karlo ilə danışdım. Dəhşətli heç nə yoxdu, normal vəziyyətdi. Komanda sadəcə qolu bayram etdi. Biz böyüklərik və hər şeyi müzakirə edə bilərik”

Dördüncü qoldan sonra Ançelotti Blaugrana qolunu qeyd edən köməkçi Flikin davranışından narazılığını bildirib. “Barselona” səfərdə “Real Madrid” üzərində 4:0 hesablı qələbə qazanıb. Kataloniyalılar La Liqa cədvəlində Madrid nəhəngini 6 xal qabaqlayır.

Seçilən
26
90deqiqe.az

1Mənbələr