AZ

CAF Afrikada ilin futbolçusu mükafatına namizədləri açıqladı

Afrika Futbol Konfederasiyası (CAF) qitənin ən nüfuzlu fərdi mükafatı – “İlin afrikalı futbolçusu” mükafatına namizədləri açıqlayıb.

Arena.az müvafiq namizədlərin onluğundan ibarət siyahını diqqətinizə çatdırır:

  1. Simon Adinqra (Kot-d’İvuar, “Brayton”);
  2. Amin Quiri (Əlcəzair, “Renn”);
  3. Seru Girassi (Qvineya, “Borussiya”, Dortmund);
  4. Əşrəf Hakimi (Mərakeş, PSJ);
  5. Ademola Lukman (Nigeriya, “Atalanta”);
  6. Şansel Mbemba (Konqo Demokratik Respublikası, “Olimpik”, Marsel);
  7. Sufyan Rahimi (Mərakeş, “Əl-Ayn”, Əbu-Dabi);
  8. Edmon Tapsoba (Burkina Faso, “Bayer”);
  9. Uilyam Troost-Ekonq (Nigeriya, “Əl-Xolud);
  10. Ronven Uilyams (Cənubi Afrika Respublikası, “Mamelodi Sandaunz”).

Vurğulayaq ki, bir çox afrikalı məşhur futbolçular namizədlərin yekun siyahısına daxil edilməyiblər. Məsələn, misirli hücumçu Məhəmməd Salah (“Liverpul”), seneqallı hücumçu Nikolas Cekson (“Çelsi”), qanalı hücumameylli yarımmüdafiəçi Məhəmməd Kudus (“Vest Hem”), nigeriyalı hücumçular Viktor Bonifase (“Bayer”) və Viktor Osimhen (“Qalatasaray”) genişləndirilmiş iddiaçılar onluğundan kənarda qalıblar.

Seçilən
18
arena.az

1Mənbələr