AZ

Flik: “Real”a qarşı əla oyun keçirdik, komandamla fəxr edirəm”

“Barselona”nın baş məşqçisi Hansi Flik İspaniya La Liqasının 11-ci turu çərçivəsində “Real”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, Kataloniya nəhəngi əzəli rəqibi ilə səfər oyunundan 4:0 hesablı möhtəşəm qələbə ilə ayrılıb.

Alman mütəxəssisin oyunsonrası mətbuat konfransında bu matç barədə səsləndirdiyi fikirləri təqdim edirik:

“Bu gün asan olmadı, amma biz çox yaxşı müdafiə olunduq. Fasilə zamanı oyunçulara dedim ki, topa daha yaxşı nəzarət etmək üçün təpki göstərmək vacibdir.

Özümü əla hiss edirəm, əla oyun keçirdik və komandam ilə çox fəxr edirəm, xüsusən də çox yaxşı oynamış İnyaki Penya (qapıçı) ilə. Biz hesabı da “quru” saxladıq, bu isə çox vacibdir. Futbolçularda daha çox özünəinam var ki, bu da yaxşı haldır”, deyə Flik vurğulayıb.

11 turdan sonra 30 xal toplamış “Barselona” La Liqanın yarış cədvəlinə başçılıq edir. “Real” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.

Seçilən
23
arena.az

1Mənbələr