AZ

Sirr açıldı: Ölməzlik iksiri üçün qab, yoxsa?

Arxeoloqlar İordaniyada “İndiana Cons və Son Səlib yürüşü” filminin çəkildiyi yerdə 12 insan skeletinin yanında aşkar edilən məşhur “Müqəddəs Grail” bağlı maraqlı fakt açıqlayıblar.

“Cebheinfo.az” bu barədə “New York Post”-a istinadən yazır.

Onlar bildiriblər ki, əslində bu, ölməzlik iksiri üçün qab deyil, min illər əvvəl qədim İordaniyanın Petra şəhərində məskunlaşmış yüksək inkişaf etmiş sivilizasiya olan qədim nabatiyalıların istifadə etdiyi adi içki fincanıdır.

Keramika avqust ayında Petranın məşhur qədim ərazisi olan Xəznə yaxınlığındakı 2000 illik məzarın digər artefaktları ilə birlikdə aşkar edilib.

“Ancient Origin”s xəbər verir ki, araşdırmanı Amerika Tədqiqat Mərkəzinin (ACOR) icraçı direktoru doktor Pirs Pol Krisman “Discovery Channel”-ın “Expedition Unknown” proqramının əməkdaşı Coş Qeytslə birgə həyata keçirib.

O tapılanda İsanın Son Şam yeməyində içdiyi fincanı xatırladan 12 skeletdən birinin əlində idi. 

“Belə qablar da çox vaxt çiçəklər, fiqurlar və həndəsi motivlər kimi təsvirlərlə bəzədilirdi. Bu üslublar Petranın mühüm ticarət mərkəzi statusunu və insanlaırn yaradıcılıq və ixtiraçılıq bacarığını əks etdirir”, - deyə arxeoloqlar qeyd ediblər.

Məlumat üçün bildirək ki, xristian dünyasında İsanın son yeməyi üçün istifadə etdiyi fincan "Müqəddəs Grail" adlanır. Hesab olunur ki, İsanın axan qanı çarmıxa çəkilərkən bu qabda toplandı. Bütün yaraları sağaltma gücünə sahib olduğuna inanan qab əsrlərdir axtarılır. Müqəddəs Grail xristian dünyasında bir çox mif və folklor mənbəyidir. O, “İndiana Cons”  da daxil olmaqla bir çox filmin əsas mövzusuna çevrilib.

Seçilən
62
cebheinfo.az

1Mənbələr