İsrailin paytaxtı Təl-Əviv şəhərində yük maşınının avtobus dayanacağına çırpılması nəticəsində 35 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, hadisə Təl-Əvivdə "Cinema City Glilot" kinoteatrının yaxınlığındakı avtobus dayanacağında baş verib.
İsrail polisi “Mossad”ın qərargahı bu ərazidə yerləşdiyi üçün terror aktı ehtimalını istisna etmir.
İsrail polisi bildirib ki, sürücü silah daşıyan mülki şəxslər tərəfindən yerindəcə zərərsizləşdirilib.
Sürücünün yaxınları onun səhhətində yaranan problemlər səbəbindən idarəetməni itirdiyini və hadisənin hücum kimi qiymətləndirilmədiyini bildiriblər.
Musavat.com