AZ

Kanada Ukraynaya zirehli transportyorlar GÖNDƏRDİ

Kanada Ukraynaya "LAV 6.0 ACSV" tipli tibb təyinatlı zirehli transportyorlar göndərib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, texnikalar Almaniyadan Ukraynaya çatdırılacaq və təhvilvermə prosesi xüsusi bazalardan birində baş tutacaq.

Bildirilib ki, zirehli transportyorlar döyüş şəraitində yaralı əsgərlərin daha təhlükəsiz şəkildə təxliyəsini təmin etmək üçün nəzərdə tutulub.

Kanadanın bu dəstəyi Ukraynanın tibbi təchizat və müdafiə imkanlarını gücləndirməyə yönəlmiş növbəti addım kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
26
1
musavat.com

2Mənbələr