Bakı. Trend:
COP29 konfransına hazırlıq prosesi çərçivəsində nəqliyyatınidarə edilməsi üzrə monitorinqlərin davamı olaraq 27 oktyabrtarixində COP29 konfrans məkanı olan Bakı Stadionunda nəqliyyatınhərəkəti üzrə növbəti sınaqlar keçirilib.
Trend xəbər verir ki, proses çərçivəsində konfransın planı vəmarşrutuna uyğun stadionun müvafiq zonalarında COP29-a məxsusavtobusların hərəkəti, təhlükəsizlik və akkreditasiya yoxlamalarıprosedurları test edilib. Bu dəfəki monitorinqin təşkilinə 600-dançox COP29 konüllüsü cəlb edilib.
Qeyd edək ki, həmçinin ötən sutka ərzində COP29 AzərbaycanƏməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Föqvəladə HallarNazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, TƏBİB-intabeliyində Respublika Təcili və Təxirəsalınmaz Tibbi YardımMərkəzi ilə birgə şəhərin mərkəzi küçə və prospektlərindəgenişmiqyaslı gündüz və gecə nəqliyyat proseslərinin monitorinqiuğurla tamamlanıb. Monitoqinlər çərçivəsində COP29-a məxsus avtobusvə digər nəqliyyat vasitələri, təcili tibbi yadım və yanğınsöndürməmaşınları cəlb edilmişdir.
Ümumilikdə, nəqliyyat monitorinqlərinin məqsədi konfrans zamanıtətbiq ediləcək nəqliyyat sxeminin hərtərəfli sınaqdan keçirilməsivə nəqliyyat sahəsində planlaşdırılan tədbilər üzrə tam hazırlığıntəmin edilməsidir.