AZ

Modriç Alveşin rekordunu qırdı

style='margin-bottom:10px;'>

"Real"ın yarımmüdafiəçisi Luka Modriç rekorda imza atıb.

QOL.az xəbər verir ki, xorvatiyalı futbolçu "El Klasiko" tarixinin ən yaşlı futbolçusu olub.

Modriç 38 yaş 318-ci günündə İspaniya La Liqasının 11-ci turunun "Barselona" ilə matçında 63-cü dəqiqəsində əvəzetmədən meydana daxil olub.

Bununla da Modriç "Barselona"nın sabiq futbolçusu Dani Alveşə məxsus rekordu (38 yaş 225 gün) yeniləyib. 

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən "Real"ın formasını geyinir. O, Madrid klubunda bütün turnirlərdə 549-cu oyun keçirib.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr