AZ

“Bu qədər vicdansızlıq, bu qədər xainlik, bu qədər nakişilik olmaz!” – Deputatdan AXCP sədrinə sərt sözlər…

"Avropa Parlamentinin Azərbaycan əleyhinə çıxardığı qətnaməyə Əli Kərimli başda olmaqla radikal müxalifət nümayəndələrinin ürəkdən sevinməsi ondan xəbər verir ki, bu anti-milli ünsürlər sözün gerçək anlamında şərəfsizliyin və riyakarlığın ən son həddində, nöqtəsində, pilləsində qərarlaşıblar.” –7NEWS.AZ-a bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Həqiqətən də belə yaramazlar atdıqları hər addımla insanı heyrətləndirməyi, şoka salmağı bacarırlar. Çünki bu qədər vicdansızlıq, bu qədər xainlik, bu qədər nakişilik olmaz! Adını siyasətçi qoyan adam bu qədər alçaqlığa imza atmaz!

Hakimiyyət iddian var, siyasi mübarizə apar, seçkiyə gəl, gücünü göstər. Amma məlum məsələ hakimiyyət məsələsi deyil axı... Avropa Parlamenti dövləti hədəfə alıb. Məhz dövləti! Belə olan halda sən necə dövlətinə düşmən, qənim kəsilən biriləri ilə həmfikir ola bilərsən? Qarayaxmadan, iftiradan ibarət olan həmin qətnaməni sən necə öz səhifəndə bəh-bəhlə paylaşa bilirsən? Belələri ilə necə siyasi izdivaca, işbirliyinə girə bilirsən? Belələrinə necə donos ötürə, züy tuta, ələkçinin qıl verənliyini edə bilərsən, ay Əli Kərimli?

Əslində düşünürəm, son sual artıq idi. Çünki, hamımız bilirik, sən bütün bunları necə edirsən. Çünki, səndə abır deyilən şeydən əsər-əlamət qalmayıb. Çünki sən sırtıqlaşa bildikcə sırtıqlaşmısan, üzsüzləşə bildikcə üzsüzlışmisən. Çünki sən namərdsən, quzğunsan, şizofreniksən! –deyə Partiya sədri fikirlərinə davam edib.

Seçilən
55
7news.az

1Mənbələr