“Təkcə 2024-cü ilin ilk on ayında yerli hakimiyyət orqanlarının yol hərəkəti cərimələri sayəsində topladığı gəlir 1,3 milyard avroya yaxındır”.
“İki sahil” ANSA-ya istinadla xəbər verir ki, bu barədə İtaliya bələdiyyələrinin yol hərəkəti qaydalarının pozulmasından əldə etdiyi gəlirləri təhlil edən “Codacons” tərəfindən aparılan araşdırma zamanı məlum olub.
Qeyd edilib ki, ilin sonuna 2 ay qaldığını, ətrafda sürət kameralarının daha az olduğunu və növbəti Milad bayramlarında avtomobil trafikinin artacağı ehtimal edilir.
"Oktyabrın 17-nə olan məlumata görə, 2024-cü il üçün Avtomobil Yolları Məcəlləsinin pozulmasına görə tətbiq edilən sanksiyalardan əldə edilən gəlir İtaliyada cəmi 1.294.799.772 avro təşkil edir ki, cərimə siyahısına 324 milyon avro ilə Lombardiya başçılıq edir. 130 milyon avro ilə Latsio, 129 milyon avro ilə Emilia Romagna ikinci və üçüncü yerdə qərarlaşıblar.
250 mindən çox əhalisi olan böyük şəhərlər arasında Milan 128,7 milyon avro gəlirlə cərimələrdən əldə olunan gəlirlər sıralamasında başçılıq edir, Roma 88 milyon ilə ikinci, Turin isə 43,7 milyon ilə üçüncü yerdə qərarlaşıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”