AZ

Herve Renar yenidən Səudiyyə Ərəbistanı yığmasında!

Fransız mütəxəssis Herve Renar yenidən futbol üzrə Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi vəzifəsinə gətirilib.

Arena.az bu barədə Səudiyyə Ərəbistanı yığmasının mətbuat xidmətinə istinadən məlumat verir.

Fransız mütəxəssis bu vəzifədə, bir neçə gün əvvəl istefaya göndərilmiş italyan mütəxəssis Roberto Mançinini əvəzləyib.

Renarın müqaviləsinin müddəti 2025-ci ilin sonuna qədər davam edəcək. Müqavilə həmçinin, ilk dəfə Səudiyyə Ərəbistanında keçiriləcək 2027-ci il Asiya Kubokuna qədər müddətin uzadılması haqda müvafiq maddəni ehtiva edir.

Bu, Renarın ərəb komandasına ikinci rəhbərliyidir. Daha əvvəl Renar 2019-cu ilin iyun ayından 2023-cü ilin mart ayına qədər Səudiyyə Ərəbistanı yığmasının sükanı arxasında olub. Renarın ilk dövrü müəyyən uğurla əlamətdardır. Belə ki, Asiyanın ən aparıcı yığmalarından biri olan Səudiyyə Ərəbistanı yığması fransız mütəxəssisin rəhbərliyi altında Qətərdə keçirilmiş 2022-ci il dünya çempionatına yüksəlməyi bacarıb.

Renar Səudiyyə Ərəbistanı yığmasını 45 oyuna çıxarıb, 20 qələbə, 10 heç-heçə, 15 məğlubiyyət yaşayıb. Topların fərqi isə 56:46 nisbətindədir.

Herve Renar Səudiyyə Ərəbistanı yığmasında başqa, Qana, Zambiya, Anqola, Kot-d’İvuar və Mərakeş yığma komandalarını da çalışdırıb. Fransız mütəxəssis iki dəfə Afrika Millətlər Kubokunun qalibi olub. Renar 2012-ci ildə Zambiya yığmasını, 2015-ci ildə isə Kot-d’İvuar yığmasını qalibiyyətə çatdırıb. Bu iki kubok Renarın qənimətlər muzeyində yeganə qənimətdir.

Seçilən
21
arena.az

1Mənbələr