"Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən keçən Samur-Abşeron kanalına düşən və vətəndaşlardan daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılan maralın həyatı təhlükəsi yoxdur."
Bu barədə Publika.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib.
O bildirib ki, kanaldan çıxarılan maral Şahdağ Milli Parkının əməkdaşlarına təhvil verilib və milli parkın İsmayıllı bölməsinə gətirilib.
"Maral baytar həkim tərəfindən müayinə olunub, vəziyyəti normaldır və nəzarət altında saxlanılır", - F.Əliyev qeyd edib.