AZ

Günəşdə bir həftə ərzində ikinci partlayış: Güclü maqnit qasırğası ...

Günəşdə böyük və uzunmüddətli partlayış baş verib

Ucnoqta.az xəbər verir ki, bu barədə The Watchers yazıb.
Məlumata görə, buna görə də Yerdə maqnit qasırğası ehtimalı var. Nəşrin məlumatına görə, alışma zamanı böyük bir tac kütləsi atılıb.

Partlayışın X1.8 sinfinə aid olduğu bildirilir. Belə məşəllər super güclü hesab olunur və planetimizdə güclü maqnit qasırğalarına səbəb ola bilər.
Xoşbəxtlikdən, hesablamalar göstərir ki, tac kütləsinin atılmasının çox hissəsi Yerdən uzaqlaşacaq, lakin bəziləri hələ də bizim yolumuza gələ bilər.
Bu, son günlərdə ikinci X sinifli günəş alışmasıdır. Əvvəlki hadisə oktyabrın 24-də baş verib.

Yaxın 24 saat ərzində güclü maqnit qasırğası ehtimalının yüksək olacağı proqnozlaşdırılır. 
NASA maksimum geomaqnit pozğunluğunu gözləyir: G4-5.

Proqnozlara görə, günəş küləyinin çatma anında sürəti təqribən 850 km/s təşkil edəcək - bunlar ekstremal dəyərlərdir.
 Maqnit qasırğası səhər tezdən başlaya və hava şəraitindən asılı olan metohəssas insanlar üçün narahatlıqlar yarada bilər.

Seçilən
29
ucnoqta.az

1Mənbələr