AZ

Zəhra faciəvi şəkildə həyatını itirdi


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində ana ölümü qeydə alınıb.

News24.az Unikal-a istinadla xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Sabirabad Regional Perinatal Mərkəzin Doğum şöbəsinə hospital izasiya olunan anaya 40-41 həftəlik hamiləlik diaqnozu təyin edilib. Baş tutan doğuş nəticəsində çəkisi 4 kq., boyu 52 sm. olan körpə dünyaya gəlib. Sonradan ananın halı pisləşib və vəfat edib. 

Ölümün dəqiq səbəbini patoloji-anatomik təşrih nəticəsində dəqiqləşdirmək mümkün olacaq. 


*** 09:50

Sabirabadda ana doğuşdan sonra ölüb.

"News24.az" apa-ya istinadən xəbər verir ki, Sabirabad doğum evində Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zamanova Zəhra Qara qızı uşaq dünyaya gətirdikdən sonra ölüb, körpə sağ qalıb.

Meyit müayinə olunmaq üçün Sabirabad morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
36
news24.az

1Mənbələr